• 24 Noyabr 2024 08:10

Makrona “sürpriz”: müxalifət lideri baş nazir olur

 

İlkin məlumatlara görə, Fransada parlament seçkilərinin birinci turunda liderlik edən sağçı Milli Birlik Partiyasının lideri Cordan Bardella Nazirlər Kabinetinə rəhbərlik etmək niyyətini təsdiqləyib və iyulun 7-də seçkilərin ikinci turunda partiyasını dəstəkləməyə çağırıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

“Gələn bazar günü seçicilər ölkəni yenidən qurmaq üçün bizə mütləq səs çoxluğu versələr, hamını dinləyən, müxalifətə hörmət edən, dialoqa açıq olan və millətin birliyinə qayğı göstərən bütün fransızların baş naziri olmaq istəyirəm”, – o bildirib.

 

Onun sözlərinə görə, o, respublika prezidenti ilə siyasi birgəyaşayışa hazırdır, konstitusiyaya və dövlət başçısının səlahiyyətlərinə hörmətlə yanaşacaq:

 

“Bununla belə, öz siyasətimizi həyata keçirməkdə israrlı olacağıq”.

Tacxeber.com

Oxşar xəbərlər