Yemişin insan orqanizminə MÖCÜZƏVİ FAYDALARI
Yay aylarında qida rasionumuzda xüsusi yer tutan yemişin bir sıra faydaları var.
Tacxeber.com xəbər verir ki, bu qida həzm prosesini stimullaşdırır.
Yemiş bədənin susuzluğunu yatırmaqda da faydalıdır. 1 dilim yemişin tərkibində 180 ml su olur.
Kaliumla da zəngin olan yemiş böyrəklərin funksiyasını stimullaşdırır və qan təzyiqini tənzimləyir. Azot oksidi adlı maddənin istehsalını aktivləşdirərək qan damarlarındakı gərginliyi aradan qaldırır.
Şirin yemiş şəkərli diabet riski olan şəxslər üçün də faydalıdır. Belə ki, o qan şəkərinin miqdarını tənzimləyir.Tərkibində olan C və K vitaminləri, maqnezium, kalium və antiokdisantlar nəticəsində sümük əmələ gəlmə prosesində iştirak edir. Çanaq sınığı və osteoporoz riskini aşağı salır.