9-11 iyul: Putin üçün çətin günlər gəlir
Qarşıdan gələn NATO sammiti dünyaya güclü mesaj verməlidir.
Tacxeber.com xəbər verir ki, bunu amerikalı analitiklər qeyd ediblər. Onlar hesab edirlər ki, Rusiya prezidenti Vladimir Putin sammitin gündəliyində xüsusi fiqur olacaq.
“NATO sammitinin güclü mesajı olacaq. Putin sammitin əlavə gündəm bəndləri üçün xüsusi hədəfdir”.
Ekspertlərin fikrincə, ABŞ prezidenti Co Bayden administrasiyası və NATO müttəfiqləri mühüm hadisə kimi iyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitə hazırlaşır.