• 24 Noyabr 2024 04:50

Montella bugünkü oyun haqda.

Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella Avro-2024-ün 1/8 finalında bu gün Avstriyaya qarşı keçirəcəkləri oyun haqqında danışıb.

 

Mütəxəssis rəqibin güclü tərəflərindən söz açıb.

“Avstriya yaxşı bir komandadır. Bəlkə də mənə görə ən yaxşı komandadır. Çox aqressivdirlər və rəqibə təzyiq göstərirlər. Ən əsası, komplektləşiblər. Avstriya ilə mart ayında keçirdiyimiz yoxlama oyununun ilk hissəsində bərabər səviyyədə oynamışdıq. İkinci hissədə isə psixoloji olaraq eniş yaşadıq. Oyun başqa bir hesabla da başa çata bilərdi. Çox ağır məğlubiyyət idi. Amma yoxlama oyunu başqadır, bugünkü matç isə başqa. Ümid edirəm ki, budəfəki nəticə fərqli olacaq. Hisslərimizin işimizə mane olmağına icazə verməməliyik. Revanş duyğusuna qapılmamalıyıq. Çünki bu, düzgün düşünməyə mane olur. Biz nə edəcəyimizi bilirik”.

 

Qeyd edək ki, sözügedən matç bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar mart ayında yoxlama görüşündə üz-üzə gəliblər. Həmin oyunda Avstriya 6:1 hesablı qələbə qazanıb. (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər