“Xərçəngin dərmanı çoxdan icad edilə bilərdi, buna əczaçılıq şirkətləri mane olur” – ukraynalı-alman cərrahı Ekskluziv
“1997-ci ildə mən bağırsaqdankənar şişin kəsilməsi əməliyyatı aparmışam, o pasienti çoxdan unutmuşdum, sonra təsadüfən onunla görüşdüm, 90 yaşı var, hələ də sağdır, özü də hər hansı kimya terapiyası olmadan…”
Mən təbabətdə süni intellektə skeptik yanaşıram. Kompüter diaqnostikasını sadələşdirmək olar, lakin robotun insana nüfuz etməsi hələ tezdir.
Bu barədə ukraynalı-alman cərrahı, tibb elmləri doktoru Yuri Lifşits “gordonua.com” nəşrindəki bloqunda yazıb.
“Misal üçün, Düsseldorfda beynəlxalq şərgidə mən kolonoskopiya üçün cihaz görmüşəm. Doktor onu pasiyentin arxa dəliyinə yerləşdirməlidir, bundan sonra hər şeyi cihaz özü edəcək.
Manekendə proses nümayiş etdirilir. Bu, rahatdır: əgər doktor kolonoskopiyanı orta hesabla 40-60 dəqiqə ərzində icra edirsə, o zaman kolonoskop iki-üç dəfə tez işləyir.
Mən sual edirəm: “Kolonoskop nə qədər tez-tez bağırsaqdan kənara çıxır?” Axı, proqram işləməyə bilər və cihaz insanda deşik aça bilər. Cavab belədir: “İnsanlar üzərində biz hələ sınaqdan keçirməmişik”.
Ştutqartda Fraunqofer İnstitutu var, təbabət sahəsində təqdiqatlara hər il 1 milyard avro vəsait ayrılır. Qaydalara görə, hər bir əməkdaş ildə bir dəfə öz rəhbərliyi üçün kreativ ideyası olan beş dəqiqəlik prezentasiya hazırlayır.
Əgər o, bəyənilsə, maliyyə ayrılır, patent təyin edilir və həyata keçirilir. Mənim bir tanış alimim ürək və damarlar üçün stentlərə telefonla sinxronlaşdırılan və damarın vəziyyəti, onun qan axınını hesablayan sensor yerləşdirməyi təklif edib.
2007-ci ildə tədqiqat başlayıb, o, 5 miyon avro və komanda əldə edib. Mən onunla bir il öncə görüşmüşəm, tədqiqatlar hələ başa çatmayıb, bu yaxınlarda heyvanlar üzərində sınaqlara keçilib.
Mənim təbabətdə yeni texnologiyalarla bağlı proqnozum belədir ki, yeni toxumalar yaradılacaq.
Mümkündür ki, süni orqanlar, dəri yetişdirilməyə başlanılsın. Fraunqofer İnstitutunda yanıqların müalicəsi üçün 2×2 sm dərini götürüb yetişdirib və iki həftədən sonra bir metr insan dərisi alınır. Lakin yenə də texnologiyalar beyni əvəz etməyəcək.
Belə hesab edilir ki, hazırda ürək-damar xəstəlikləri və onkologiyadan ölüm halları yüksəkdir.
Mən hesab edirəm ki, xərçəng dərmanı çoxdan düşünülmüş olardı, prinsip artıq həll edilib, lakin əczaçılıq firmaları buna mane olur.
Düsseldorfda sərgidə biz əməliyyat otağı üçün çıraq seçirdik. Bizə görün nə dedilər:
“Əgər bu lampanı evinizdə mətbəxtə qoysanız, qiyməti 10 avro olacaq. Əgər şöbə üçün alırsınızsa, onun qiyməti 100 avroyadək, əməliyyat otağı üçün min avroya, onkoloji əməliyyat otağı üçün isə 10 min avroyadək yüksələcək!”.
Xərçəngin dərmanı hələ icad edilməyib, lakin bu prosesi dayandıra biləcək texnologiyalar var. Şalimov adına İnstitutda biz kimya terapiyasının nə olduğunu bilmirdik. Əgər şişi və zədələnən toxumaları kənar etmək mümkün olurdusa, bu, yaxşı hesab edilirdi.
1997-ci ildə mən bağırsaqdan kənar şişin kəsilməsi əməliyyatı aparmışam. 30 il keçib. Mən o pasiyenti artıq unutmuşam, sonra təsadüfən onunla görüşdüm, 90 yaşı var.
“Yuri Zinovyeviç, mən sağam, hər hansı kimya terapiysı olmadan bircə əməliyyatla həyatım xilas edilib”, – o, deyib.
Mənim bir tanış qadınımda səkkiz ay öncə ən əlverişli bağırsaq şişi kənar edilib. Deyiblər ki, metastazlar yoxdur, hər şey yaxşı olacaq, amma o, ölüm ayağındadır. Bu da kimya terapiyası, savadlı müalicənin nəticəsi.