• 23 Noyabr 2024 19:27

Məşhur xəstəxana iki aydır işçilərinə maaş vermir: Respublika Pediatriya Mərkəzində nə baş verir?

Bakıda Respublika Pediatriya Mərkəzinin işçiləri iki aydır maaşlarını ala bilmirlər.

 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, keçmiş adı Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanası olan müəssisə öncə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Kliniki Tibbi Mərkəzin icraatına verilib.

 

Daha sonra isə sözügedən xəstəxana Respublika Pediatriya Mərkəzinin icraatına verilib.

 

Xəstəxananın işçiləri TƏBİB-in tabeliyindəki KTMT-dən işdən çıxarılıblar. Onlar təzə qurumda rəsmi olaraq işə götürülmələrini gözləyirlər. Lakin proses iki aydır uzandığından işçilər əməkhaqlarını ala bilmirlər.

 

Qeyd edək ki, mərkəzin direktoru Azər Əhmədovdur.

Tacxeber.com

Oxşar xəbərlər