Damlanın İranda hicabsız çıxış etdiyi zal bağlandı – Video
Müğənni Damla Güney Azərbaycanın Ərdəbil şəhərində verdiyi konsert qalmaqalsız ötüşməyib.
Axşam.az xəbər verir ki, ifaçının çıxış etdiyi konsert salonu möhürlənib. Bu haqda İran mediası məlumat yayıb. Bildirilib ki, buna səbəb ifaçının səhnəyə başıaçıq çıxması olub.
Damlanın Ərdəbildəki şadlıq saraylarından birində məcburi hicab qaydalarına riayət etmədən mahnı ifa etdiyi görüntülər yayılıb. Bu da İranda müxtəlif siyasi dairələrin etirazına səbəb olub.