• 25 Noyabr 2024 13:22

Azərbaycanda iki qadın TƏHLÜKƏDƏ: Hamiləyə ÇÖRƏK verilmir, iki uşaqlı ana isə…

Azərbaycanda iki qadın TƏHLÜKƏDƏ: Hamiləyə ÇÖRƏK verilmir, iki uşaqlı ana isə...

Füzuli rayonunda 21 yaşlı hamilə qadın psixoloji zorakılığa məruz qalıb.

 

Tacxeber.com bildirir ki, bu barədə Bizim.media-ya “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

 

O bildirib ki, rayonun Zobucuq kəndindən onlara müraciət edən qadın çıxılmaz vəziyyətdə olduğunu və qorxduğunu bildirib:

 

“Xanım artıq hamiləliyini pozmaq istəyir. Çünki onu nə valideynləri qəbul edirlər, nə də qayınanasıgil yola verirlər. Qadının sözlərinə görə, həyat yoldaşı, yoldaşının ailəsi onu evdə qapalı saxlayır, qapını bağlayıb, çörək də vermirlər, hədə-qorxu gəlirlər”.

 

Mehriban Zeynalova ona rayon icra hakimiyyətinə müraciət etməli olduğunu desə də, gənc xanım başqa rayondan gəlin gəldiyi üçün heç kimi, heç yeri tanımadığını, necə müraciət edəcəyini bilmədiyini deyib:

 

“Gəncdir, qorxudan bilmir nə etsin, nömrə yox, əlaqə yox, çətin durumdadır”.

 

Birlik sədri belə faktların tez-tez olduğunu, başqa rayondan da fiziki zorakılıqla bağlı müraciətin olduğunu qeyd edib:

 

Göygöl rayonunda isə başqa bir xanım əri tərəfindən fiziki zorakılığa məruz qalıb. Ər iki uşaq anası, 29 yaşlı qadını daim döyür.

 

Mehriban Zeynalovanın sözlərinə görə qadın qorxu içərisindədir. Başqa rayondan olduğu üçün yerli qurumları tanımır və müraciət edə bilmir.

 

Qeyd edək ki, Mehriban Zeynalova hər iki qadın barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat versə də, hələ məsələyə müdaxilə olunmayıb:

 

“Ümumi qrup var, ora yazmışam reaksiya verən yoxdur. Söhbət ondan gedir ki, yerlərdə müvafiq qurumlar dərhal reaksiya vermədikləri üçün problem daha da dərinləşir”.

Tacxeber.com

Oxşar xəbərlər