• 24 Noyabr 2024 01:05

“Saqqalılar Bakını zəbt edib, üzdəniraqlar ekranları…” – Sərt açıqlama

 

Bir neçə ildir ki, balacadan böyüyə qədər qızların el arasında oğlan rəqsləri adlandırılan ritmik rəqslər etməsi müzakirə mövzusuna çevrilib. Bir sıra şəxslər belə rəqslərin oğlanlara məxsus olduğunu və qızlara yaraşmadığını ifadə edir. Sadəcə ifadə etməklə qalmayıb bu nüansı tənqid edənlər həmin qızların valideynlərini də qınaq obyektinə çevirirlər. 

 

Bəs belə rəqslərin qızlar tərəfindən ifa edilməsi niyə cəmiyyətdə səs-küylə qarşılanır? Bununla bağlı Əməkdar artist Ağalar Bayramov “Yeni Sabah”a açıqlama verib. Bildirib ki, ritmlə rəqs edən qızların ifasına heç də pis yanaşmır:

 

“Qızların oğlanlar kimi ritm rəqs etməsinə pis baxmıram. Cəngavərlik, qəhrəmanlıq bizim qızlara əvvəldən yaraşırdı. Əvvəldən bu ad onların boyunlarına biçilib. Rəhmətlik Şahmar Əkbərzadənin bir şeiri vardı. Deyirdi ki, qadın var ki, başındakı çələngdən min kişiyə papaq olar, sən demə. Həmçinin, “Qaçaq Nəbi”filmində də Nəbinin yanında Həcər atın belində durub. Nə olar ki, bu da rəqsdir. Əslində, ritmik rəqslər də bir qəhrəmanlıq simvoludur. Bu səbəbdən mən onların heç birinə pis baxmıram.Yaxşı edib, o cür rəqs edirlər. Burada nə kimi qəbahət var? Şıdırğı rəqsin özü də bir comərdlik nümunəsidir. Məsələn, 3 qardaşı şəhid olan, I Qarabağ müharibəsi dövründə neçə-neçə Azərbaycan əsgərini, Xocalıda yaralanan sakinləri ölümdən xilas Məleykə Əhmədova, Kəlbəcərdə namusunu qorumaq üçün özünü qayadan atan xanımlarımız var. Onlardan bəhs etmək lazımdır”.

 

Əməkdar artist tənqid edilməli olan digər məsələlərdən də söz açıb:

 

“Pis baxdığım mövzular şalvarı qısa, saqqalı uzun olan, İran təranələri üstündə özlərini göstərib rəqs edən kişilərdir. Cavan oğlan tanıyıram, dövlət işində çalışır. Bir ay məzuniyyətə çıxan kimi üzünü saqqal basır. Saqqalılar artıq Bakını zəbt edib. Bölgələrdən bu barədə o qədər də məlumatım yoxdur. Bilmirəm deyim, yoxsa yox. Desəm öldərərlər, deməsəm ölləm… Ekranlarda o qədər üzdəniraqlar görünür ki, mən artıq söz tapa bilmirəm. Məhz həmin mövzuları danışıb-yazmaq, müzakirə etməliyik. Belə məsələləri tənqid etmək lazımdır”.

Tacxeber.com

Oxşar xəbərlər