“Halal otel” bizə lazımdırmı? – İlahiyyatçı
Bu gün qlobal miqyasda “halal” adı altında formalaşdırılan biznesdən illik 20 trilyon dollara yaxın gəlir götürülür. Məsələn, beynəlxalq saytlardan olan “Bukinq” belə “Halal bukinq” adlı əlavə daha bir axtarış saytı yaradıb. “Halal bukinq”də tapılan otellərdə qadın və kişilərin ayrı hovuzları, hovuza girən qadınların mütləq məxsusi qapalı geyimləri olur.
Bu sözləri Axar.az-a ilahiyyatçı Elşad Miri Azərbaycanda “halal otel” konseptinin yaradılmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu konsepsiya nəinki müsəlman ölkələrində, müxtəlif formada Qərb ölkələrində də mövcuddur: