Milli Məclis buraxıldıqdan sonra deputatların maaşları ödənilməyəcək? – AÇIQLAMA
Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Eləcə də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçki 2024-cü il sentyabrın 1-nə təyin edilib.
Bəs bu müddət çərçivəsində hazırda millət vəkillərinin hüquqları qüvvədə qalır, yoxsa necə? Bu vəziyyətdə millət vəkillərinin aylıq məvacibləri ödəniləcək, yoxsa bu, məzuniyyət kimi hesablanacaq?
Oxu.Az məsələ ilə bağlı qaranlıq qalan məqamlara aydınlıq gətirilməsi üçün Milli Məclisə sorğu ünvanlayıb.