Paşinyan Azərbaycana gələcək – AÇIQLAMA
2022-ci il oktyabrın 6-da Praqada “Avropa Siyasi Birliyi” Zirvə Toplantısı çərçivəsində keçirilmiş dördtərəfli görüşdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan etdi.
Daha sonra aprelin 19-da Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edildi. Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub.
Təbii ki, Azərbaycanın qazandığı bu qələbələrdə Ali Baş Komandanın əvəzsiz rolu var. Onun yeritdiyi düzgün və inamlı siyasət bu gün Azərbaycanın bu qələbələri qazanmasında misilsiz bir rol oynayıb. Lakin son zamanlar noyabrda Azərbaycanda keçirləcək COP-29 konfransına Ermənistanın baş naziri Nikol Paşinyanın da gələcəyi ilə bağlı müzakirələr dolanır. Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu “Tərəflərin Konfransı” (COP29) noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək.
Maraqlıdır, Nikol Paşinyan bu konfransa dəvət alacaq?
Yenisabah.az News24.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı danışan politoloq Tofiq Abbasov bildirib ki, Paşinyan əslində həmin tədbir üçün Azərbayana dəvətlidir:
“COP-29 elə bir tədbirdir ki, bütün dövlət və hökumət başçıları ora avtomatik dəvət alırlar. Azərbaycanda “Tərəflərin Konfransı”-nın (COP29) keçirilməsini məzh Ermənistan tövsiyyə etdi və Ermənistan bizim namizədliyimizi dəstəklədi. İlk dəfə ikitərəfli formatda biz onlarla münasibət qurduq, danışıqlar apardıq, hərbçilərin mübadiləsi oldu. Daha sonra Ermənistan Azərbaycanın namizədliyini dəstəklədi. Azərbaycan da COP-29 konfransında Ermənistanın müəyyən mövqelərini dəstəkləyib”.