Bu haqda politoloq Sədrəddin Soltan Moderator.az-a açıqlamasında bunları bildirdi:
“İranda xarici siyasət prezidentin milli mənsubiyyətinə uyğunlaşdırılmır. İran İslam Respublikasının xarici-siyasi kursu İranın Ali rəhbəri Ayətullah Seyyid Əli Xameneinin başçılığı ilə müəyyənləşdirilir və ona uyğun da həyata keçirilir. Bu baxımdan, Azərbaycan türkü sayılan Məsud Pezeşkianın prezident seçilməsi Ayətullah Seyyid Əli Xameneinin Azərbaycan Respublikasına yönəlmiş yürüdəcəyi siyasəti həyata keçirməkdən ibarət olacaq”.