• 21 Sentyabr 2024 00:35

Yemək yedikdən sonra qarnı şişənlər və sancılanlanlar nə etməli? – Təbii üsullar

Yeməkdən sonra yaranan mədə qazı bir çoxumuzun gündəlik həyatını mənfi təsir edir. 

 

Tacxeber.com xəbər verir ki, xüsusilə lobya, armud, brokoli, göbələk, süd, tam taxıl və alma şişkinlik, gəyirmə və qarın ağrısı yaradan mədə qazına səbəb ola bilər.

 

Bəs yemək yeyəndə mədəsi şişənlər nə etməlidir?

 

Qaz ağrısı adətən qarın nahiyəsində narahatlıq, ağrı və şişkinlik kimi özünü göstərən bir vəziyyətdir. Həzm prosesinin bir hissəsi olan qazın sıxılması, xüsusilə yeməkdən sonra baş verərsə, bağırsaqda qaz əmələ gəlməsi və həzm sistemindəki pozğunluqlar qarında şişkinliyə səbəb ola bilər. Mütəxəssislər xroniki xəstəliklər, şişkinlik kimi problemlərin kökündə qazın olduğunu bildirirlər.

 

Bununla belə, sadə üsullarla mədə şişkinliyini aradan qaldırmaq mümkündür.

 

Ənənəvi Çin təbabəti mütəxəssisi Ada Ooi bəzi məşqlərin mədə problemlərini aradan qaldırmaq üçün təsirli olduğunu vurğulayır. O qeyd edir ki, bu məşqlər həzmi gücləndirə və şişkinlik və həzmsizlik kimi ümumi problemləri azalda bilər.

 

Mədə şişkinliyini azaltmaq üçün  göbək dəliyinə ovuc içi ilə saat istiqamətində yüngül masaj edilməsi və bunu 5-10 dəqiqə təkrarlamaq faydalı olacaq.
Ancaq masaj hərəkətləri tətbiq edildikdən sonra ağrı, narahatlıq, həzmsizlik və ya ürəkbulanma kimi problemlərlə qarşılaşsanız, bunu dayandırmaq lazımdır.

 

Yeməkdən sonra şişkinliyi aradan qaldırmaq üçün bir neçə təbii üsul da var:

 

Yavaş yemək: Yeməyi yavaş-yavaş və hərtərəfli çeynəmək həzmi asanlaşdırır və havanın udulma riskini azaldır.

 

Daha az və daha tez-tez yemək: Böyük porsiyalar əvəzinə kiçik porsiyalarda və daha tez-tez yemək həzmi daha yaxşı idarə etməyə kömək edə bilər.

 

Qaz yaradan qidalardan uzaq durmaq: Lobya, kələm və brokoli kimi qaz əmələ gətirən qidaları məhdudlaşdırmaq və ya diqqətli olmaq faydalı ola bilər.

 

Su içmək: Yeməkdən sonra bol su içmək həzmi dəstəkləyir və şişkinliyi azalda bilər.

 

Bitki çayları: Nanə, çobanyastığı və ya zəncəfil kimi həzm sistemini sakitləşdirən bitki çayları içmək.

 

Yüngül məşq: Yeməkdən sonra gəzintiyə çıxmaq və ya digər yüngül məşqlər etmək həzmi sürətləndirə və şişkinliyi azalda bilər.

 

Probiotik əlavələr və ya probiotik qidalar: Həzm sağlamlığını dəstəkləyən probiyotiklər həzm problemlərini yüngülləşdirməyə kömək edə bilər.

Tacxeber.com

Oxşar xəbərlər