Qərb diplomatları Pezeşkiana şübhə ilə yanaşır – Mənbə
Tehrandakı Qərb diplomatları yeni prezident Məsud Pezeşkianın dövründə ölkələrinin İranla münasibətlərinin yaxşılaşacağına şübhə edirlər.
Tacxeber.com “The Financial Times”a istinadla xəbər verir ki, bu barədə anonim mənbələe danışıb.
Onların fikrincə, İranda mənəvi lider Ayətullah Xamnəi və İslam İnqilabı Keşikçiləri Korpusuna (“Sepah”) bağlı olan siyasi sistem Pezeşkiana ölkədə genişmiqyaslı daxili islahatlar aparmağa və xarici siyasət kursunu dəyişməyə imkan verməyəcək.