• 24 Noyabr 2024 06:02

Arıqladıcı vasitələrin fəsadları: Bu xəstəliklərə səbəb olur – Həkimdən XƏBƏRDARLIQ

 

“Bəzən yaya daha fit girmək istəyən insanlar sürətli arıqladıcı vasitələrdən – dərmanlardan, kapsullardan, çaylardan istifadə edir, lakin bunların fəsadını tətil başladıqdan sonra sürətli şəkildə atdığımız çəkini elə sürətli şəkildə aldığımız zamanı şahidi oluruq”.

 

Bu fikirləri Yenicag.az-a açıqlamasında yay mövsümündə pəhriz saxlamağın çətinliyi və düzgün qidalanma qaydaları haqda danışan endokrinoloq Lalə Şamxalova deyib.

 

Onun sözlərinə görə, hər bir mövsümdə olduğu kimi, yay mövsümünün də pəhrizində özünəməxsus çətinliyi var:

 

“Ümumiyyətlə, pəhrizi düzgün seçmədikdə, düzgün təyin etmədikdə bu çətinliklərlə qarşılaşırıq. Lakin doğru seçilmiş qida rejimi orqanizmə zərər vurmayaraq, heç bir çətinlik yaratmaz. Yayda pəhrizin çətinliyinin əsas səbəbi isti havaların həddindən artıq yüksək olması ilə əlaqədardır. Digər əsas səbəb isə uzunmüddətli və qısa fasilələrlə tətillərin olmasıdır ki, bu artıq bizim qida rejimimizə mənfi təsir göstərir. Bəzən yaya daha fit girmək istəyən insanlar sürətli arıqladıcı vasitələrdən-dərmanlardan, kapsullardan, çaylardan istifadə edir, lakin bunların fəsadını tətil başladıqdan sonra sürətli şəkildə atdığımız çəkini elə sürətli şəkildə aldığımız zamanı şahidi oluruq”.

 

L.Şamxalova qeyd edib ki, yay mövsümünün mənfi cəhətləri ilə yanaşı, müsbət tərəfləri də var:

 

“Çünki bu mövsüm meyvə və tərəvəzlərin təbii yetişmə dövrüdür. Meyvə və tərəvəzlərin bol olması və daha çox qəbul edilməsi ilə orqanizmə bir çox vitaminlərin – A, C, D, E və maqnezium, kalium, kalsium kimi maddələr təbi yolla daxil olur. Bu da bizim bir çox xəstəlikdən-ürək-damar, infarkt, təzyiq və bir çox virus və infeksiyalara qarşı müqavimətimizi artırır. Düzdür, meyvə və tərəvəzlər nə qədər vitaminlərlə zəngin olsa da, onun qəbulunda xüsusilə, meyvələrin qəbuluna xüsusi fikir verməliyik. Çünki bir çox meyvə xeyirli olsa da, onun təbii şəkər olmasını da yaddan çıxarmamalıyıq. Onların həddən artıq qəbul olması da piylənməyə və yaxud şəkərli diabet xəstəliyinin aqressivləşməsinə gətirib çıxaran amillərdən ola bilər. Xüsusən də 3-4 ədəd və günün birinci saatında meyvə qəbulu bitməsi məsləhət görülür”.

 

Mütəxəsiss əlavə edib ki, yayda havaların isti keçməsi ilə əlaqədar da su balansına xüsusi diqqət yetirməliyik:

 

“Yayda havaların isti keçməsi ilə əlaqədar da su balansına xüsusi diqqət yetirməliyik. Çünki normadan artıq tərləmə ilə bədənimizdə maye azalır, bu da orqanizmdə bir çox mikrolitlərin itməsinə səbəb olur. Biz bu balansı qorumaq üçün maye qəbulunu gündə ən azı 3 litrə qədər qaldırmalıyıq. Maye qəbulu dedikdə şəkərsiz sular nəzərdə tutulur. Yayda xüsusilə şəkərli içkilərdən uzaq durmaq lazımdır. Çünki onların qəbulu həm hərarəti artırır, həm də şəkərli diabet xəstələrində şəkərin artmasına gətirib çıxarır. Yayın orqanizmə vurduğu zərərlərdən biri də yuxu rejiminə vurduğu ziyandır. Yuxuya gec getmələr, rejimin pozulm2ası ilə bir çox problemə gətirib çıxarır. Ümumiyyətlə, sağlam qidalanmaq, mövsümündən asılı olmayaraq, həyata keçirilməlidir.

Tacxeber.com

Oxşar xəbərlər