• 23 Noyabr 2024 09:32

Tofiq Yaqubludan Müsavat-a SƏRT İTTİHAM

Xəbər verdiyimiz kimi, Müsavatın Məclisi parlament seçkilərinə qatılmaq barədə qərar verib. Artıq partiya namizədlərinin əksəriyyətini müəyyən də edib.

 

Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublu partiyanın sözügedən qərarını tənqid edib.

 

O, partiya Məclisinin parlament seçkilərində iştirak etmək haqqındakı qərarını qətiyyətlə qınadığını bildirib:

“Ölkədə siyasi repressiyaların görünməmiş həddə olduğu, bütün fundamental azadlıqların, xüsusən də azad seçki, sərbəst toplaşmaq və media azadlığının təmamilə ləğv edildiyi bir dövrdə Müsavat Partiyasının Məclisinin anti-milli və korrupsioner hakimiyyətin hakimiyyəti qorumaq məqsədi ilə təyin etdiyi ictimai-siyasi zərurət və hüquqi cəhətdən əsaslandırəlmamış növbədənkənar parlament seçkilərində iştirak etmək haqqındakı qərarını qətiyyətlə qınayıram və bunun hakimiyyətin oyunlarında şüurlu şəkildə iştirakdan başqa bir şey olmadığını düşünürəm”.

Tacxeber.com

Oxşar xəbərlər