Nitsdəki butikin sahibi Rayan Sukkar 77 yaşlı Elton Conun tualet ehtiyacını mağazada ödədiyini bildirib.
Tacxeber.com TMZ-a istinadla xəbər verir ki, Sukkar məşhur sənətçinin hərəkətindən şoka düşdüyünü və məyus olduğunu bildirib.
Mağaza sahibi deyib ki, o, 3 illik işində ilk dəfə belə bir şey görüb.
İyulun 8-i günorta saatlarında Elton Con Nitsdə idman ayaqqabısı mağazasına baş çəkib. İfaçı məkandakı şəxslərdən yaxınlıqda ictimai tualetin olub-olmadığını soruşub. Ona “yox” cavabı veriblər. Daha sonra britaniyalı musiqiçi mühafizəçisindən butulka tələb edib, müştərilərdən bir neçə addım uzaqlaşıb və tualet ehtiyacını ödəyəndən sonra döşəməni batırdığı üçün onlardan dəsmal istəyib.