• 23 Noyabr 2024 18:14

Həkimlər Rasim Balayevə qadağa qoyublar

“Rasim müəllimlə hər gün telefonla danışıram. Dünən də zəng vurub səhhətiylə maraqlandım. Şükür Allaha, hər şey yaxşıdır”.

 

Bunu Bakupost.az-a açıqlamasında Əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib.

 

O, həkimlərin əməliyyatdan sonra Rasim Balayevə üç həftəlik müalicə müddəti təyin etdiklərini bildirib:

 

“Əməliyyatdan sonra Rasim müəllim xəstəxanada bir gün qalıb. Hazırda ev şəraitində müalicələri davam edir. Amma həkimlər deyiblər ki, üç həftə işə getmək, aktiv həyat tərzi olmaz”.

Tacxeber.com

Oxşar xəbərlər