Törətmədiyi cinayətə görə 43 il həbsdə yatdı
ABŞ-də Apellyasiya Məhkəməsi qətl törətməkdə ittiham edilərək ömrünün 43 ilini həbsxanada keçirən Sandra Hemme adlı qadını günahsız bilərək həbsdən azad edib.
Hakim qərar verib ki, Sandra Hemmenin vəkilləri onun faktiki günahsızlığına dair aydın və inandırıcı sübutlar təqdim ediblər.
Əgər prokurorlar onu yenidən məhkəməyə vermək qərarına gəlməsələr, qadın 30 gün ərzində azad edilməlidir.
Tacxeber.com oxu.az-a istinadən xəbər verir ki, 64 yaşlı Sandra Hemme kitabxanaçını öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib.