• 23 Noyabr 2024 21:03

Lalə Azərtaş deputat olmaq istəyir? – İDDİA

 

Xəzər Televiziyasında yayımlanan “Təsir dairəsi” verilişinin aparıcısı Lalə Azərtaş 1 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərinə namizədliyini irəli sürür?

 

Xalq.az-a daxil olan məlumata görə tanınmış teleaparıcı Lalə Azərtaş artıq növbədənkənar parlament seçkiləri ilə bağlı hazırlıq işləri görür. Seçki kampaniyasının platformasını,bukletlərin,reklam çarxının və təbliğata hazırlıq işlərinin aparırldığı iddia olunur. Tanınmış talelaparıcının hansı seçki dairəsindən namizədliyi irəli sürülməsi ciddi müzakirə olunur və gizli saxlandığı bildirilir.

 

22 ildir televizya sahəsində çalışan Lalə Azərtaş 1982-ildə Bakı şəhərində doğulub, 2002-ci ildə Azərbaycan Dillər Universitetinin Tərcüməçilik fakültəsinin bakalavr, 2004-cü ildə isə magistr pilləsini qırmızı diplomla bitirib. Hal-hazırda BDU-nun Hüquqşünaslıq fakültəsinin təhsil alır.  2002–2020-ci illərdə Azad Azərbaycan Tv-da, hal-hazırda isə Xəzər TV-də çalışır. Prezident tərəfindən fəxri diplomla təltif edilib. İki qız övladı var.

 

Lalə Azərtaşla əlaqə saxlayıb seçkilərlə bağlı məlumat almağımız mümkün olmadı.

Tacxeber.com

Oxşar xəbərlər