• 23 Noyabr 2024 18:20

“Qadın corabımı geydirməli, ayaqqabımı təmizləməlidir” – Hüquqşünas Tağı Hüseynov

Hüquqşünas Tağı Hüseynovun fikirləri sosial şəbəkədə müzakirələrə səbəb olub.

 

Tacxeber.com Oxu.az-a istinadən xəbər verir ki, hüquqşünasın ARB televiziyasında yayımlanan verilişlərin birində qadınlar haqqında dediyi fikir birmənalı qarşılanmayıb:

 

Həmin fikirləri təqdim edirik:

“Mən diplomlu xanımla ailə qurmuşam. Ona demişəm ki, nə qədər ki, mən sağam sən işləməyəcəksən. Hər insanın özünün ailə modeli var. Mən evə 10 dəfə də girib-çıxsam, ayaqqabım təmizlənməlidir. Həyat yoldaşım yorğun olsam, corablarımı geyindirir. Çünki o da öz ailəsində elə görüb, atası evdə kral olub. Ana isə evin gülü olmalıdır. Biz kişilər qadınları qorumağa, yedirtməyə, içirtməyə borcluyuq. Kişilər onlara nəvaziş göstərməlidirlər. Bu bizim öhdəliyimizdir. Qadının öhdəliyi isə az öncə sadaladıqlarımdır. Mən həm hambal, həm də kral ola bilmərəm. Qadının kişinin corabını geyindirməsi, onun qulluqçu olması demək deyil. Bu, həzz mənbəyidir, insan sevdiyi adamın corabını geyindirər. Həm də bunu heç vaxt həyat yoldaşıma sözlə deməmişəm, o mənim yorğun olduğumu görüb bunu edib”.

Tacxeber.com

Oxşar xəbərlər