AXCP parlament seçkilərində iştirak etməyəcək .
AXCP parlament seçkilərini boykot edir.
Baytok qərarını iyulun 13-də partiyanın Ali Məclisi verib.
Səbəb kmi ölkədə 300-dən artıq siyasi məhbusun hələ də azad edilmədiyini, sərbəst toplaşmaq azadlığının qadağan edildiyini, seçki komissiyalarının hakimiyyətin tam nəzarətində olduğunu göstərib.
Bundan başqa AXCP Ali Məclisi bildirir ki, “səsvermə və səslərin sayılması prosesinə nəzarət mümkün deyil, azad mətbuat məhv edilir, seçkilərin müstəqil yerli müşahidəçilər tərəfindən minitorinqinə imkan verilmir, azad rəqabət və seçki mühiti isə yoxdur”. Ona görə də partiya bu cür şəraitdə keçirilən parlament seçkilərində iştirak etməyəcək.
Azərbaycanda son parlament seçkiləri 2020-ci il fevralın 9-da olub.
Bu il Azərbaycanda, qanunvericiliyə əsasən, bələdiyyə seçkiləri də keçirilməlidir.
Bu il Azərbaycanda prezident seçkisi də növbədənkənar keçirilib. Əslində qanunla 2025-ci ildə baş tutmalı olan həmin seçkilərin önə çəkilməsi Qarabağda suverenliyin bərpası ilə izah edilib.