• 21 Sentyabr 2024 20:52

“Davay, do svidaniya!”: Rusiyanın sonuncu patrul gəmisi Krımı tərk edib

“Rusiyanın Qara dəniz donanmasının üçdə bir hissəsi dəqiq sıradan çıxarılıb…

 

“Biz onları faktiki olaraq akvatoriyadan vurub çıxarmışıq, amma Rusiya aviasiyasının hava məkanında dominantlıq etməsi faktdır…”

 

Rusiyanın Qara dəniz donanmasının sonuncu hərbi gəmisi ilhaq edilən Krımı tərk edərək, Novorossiysk tərəfə yönəlib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi-Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk “Kiyev-24” telekanalının efirində bəyan edib.

 

“Əgər hər-hansı rəmzi şeylərdən danışsaq, o zaman indi Rusiyanın Qara dəniz donanmasının tərkibindəki sonuncu patrul gəmisi, sadəcə, bizim Krımı tərk edir.

 

Bu gəmi orada belə ciddi döyüş vahidlərindən biri kimi qalıb. Və bu gün təmin edən gəmilərin (bunlar döyüş vahidləri deyil) müşahidəsilə Krımdan çıxıb”, – Pletençuk deyib.

 

O, qeyd edib ki, Rusiya Krıma pilotsuz uçuş aparatları ilə atəşlər və hücumlardan ehtiyat edərək öz hərbi gəmilərinin yerini dəyişir.

 

Hazırda Krımda yalnız sualtı qayıqlar qalır ki, onları da Rusiya komandanlığı daha az həssas olması üçün yarımbatırlmış vəziyyətdə saxlayır.

 

Pletençukun sözlərinə görə, rusiyalıların Qara dənizdə taktikası hələlik məhz  bazalararası keçidlərlə məhdudlaşır. “Bu, çox vacibdir”, – o, vurğulayıb.

 

“Biz onları faktiki olaraq akvatoriyadan vurub çıxarmışıq. Lakin Rusiya aviasiyasının hava məkanında dominantlıq etməsi faktdır. Və onların faktiki olaraq yalnız belə üsulla zərbələr endirmək imkanı qalıb.

 

Bu, bizim liman infrastrukturuna təyyarələrdən raket silahı ilə zərbələrdir, bu, daimi kəşfiyyatdır, cənub üzərində səmada 7/24 müddətində dronlar fəaliyyətdədir. Bu, kiçik kəşfiyyat dronlarıdır və biz onları məhv edirik”, – Pletençuk deyib.

 

O, həmçinin məlumat verib ki, Rusiya Azov dənizindən, ilk növbədə Mariupol liman şəhərindən işğal edilmiş Ukrayna ərazisindən Ukrayna taxılı və metalını çıxarmaq üçün fəal surətdə istifadə edir.

 

İlhaq edilmiş Krım son zamanlar tez-tez raket atəşləri və dron hücumlarına məruz qalır.

 

Ümumilikdə, Ukraynada tammiqyaslı hərbi əməliyyatlar başlanandan Rusiyanın Qara dəniz donanması, bəzi dəyərləndirmələrə görə, tərkibində olan 70-dən artıq gəmisinin 20-dən çoxundan məhrum edilib.

 

Belə ki, USQ Hərbi-Dəniz Qüvvələrinin spikeri bəyan edib ki, Rusiyanın Qara dəniz donanmasının üçdə bir hissəsi dəqiq sıradan çıxarılıb.

Tacxeber.com

Oxşar xəbərlər