“Belə halda meyvə xərçəng xəstəliyi yaradır, 1 saat sirkəli suda saxlayın”-EKOLOQDAN həyəcan təbili-ÖZƏL+FOTO
“Meyvə və tərəvəzlərin saxlanılmasında, onların emalında, texnologiyasında bir çox qüsurlar var. Bu qaçılmazdır. Fermerlər, iş adamları istəyirlər ki, onların əkib-becərdikləri məhsullar daha çox artımlı olsun. Davamlı olmağı üçün də onlara xüsusi dərmanlar vururlar. Bu onların həm inkişafı, həm də uzunmüddətli qalmaqları üçündür. Xəstəliklərin baş alıb getdiyi bir zamanda bu insan orqanizminə böyük zərbədir. 4-5 adamdan biri xərçəng xəstəsidir. Xərçəng xəstəliyi də nədən yaranır? Hansı səbəblərdən yaranır? Alimlərimiz, həkimlərimiz bunların üzərində işəyirlər. Biz insanlar özümüzü qorumaq üçün bunun qarşısını almalıyıq. Tam ala bilməsək də, müəyyən qaydalara riayyət edilməlidir”
Bunu Moderator.az-a açıqlamasında Biologiya üzrə fəlsəfə elmləri doktoru, ekoloq, dosent Gülçöhrə Hüseynova deyib. O daha sonra əlavə edib.
“Tövsiyyəm ondan ibarətdir ki, kənardan alıb gətirdiyiniz meyvə və tərəvəzləri yarım saat, 1 saat sirkəli suada saxlayın. Ən azı sirkəli su onu neytrallaşdıracaq, kimyəvi maddələri azaldacaq. Bundan sonra o qəbul olunmalıdır. Uşaqlar var ki, valideynləri ilə bazara gedirlər, hər piştaxtadan nəsə götürüb yeyirlər. 1 meyvənin üzərində 5, 12 qram bakteriya mövcuddur. Bu da orqanizmdə fəsadlar yaradır. Bağçılıq, kənd təsərrüfatı sahəsində baxsaq görərik ki, orada da bu dərmanlardan istifadə olunur, bu da zəhərlənmələrə səbəb olur. Bir neçə ay bundan əvvəl pomidordan çox insan zəhərlənmişdi. Bu da pomidora vurulan kimyəvi maddələrin çoxluğundan irəli gəlir” deyə o bildirib.
Gülçöhrə Hüseynova deyir ki, Abşeron yarımadasında iqlim dəyişilib.