Yerə böyük asteroid yaxınlaşır
2029-cu ildə Eyfel qülləsindən daha böyük Apofis adlı asteroid Yer kürəsinin yanından keçəcək. Son vaxtlar alimlər bunu fəlakətli toqquşma kimi qiymətləndirirlər.
Avropa Kosmik Agentliyi (ESA) kosmosda hərəkət edən astroidin ölçüsü, forması, kütləsi və fırlanması haqqında məlumat toplamaq üçün cismə kosmik aparat göndərəcək. Bunun üçün hazırlıq işlərinə maliyyə ayrılıb.