• 26 Noyabr 2024 00:20

“İphone” kameraları hər 5 saniyədə bir şəklimizi çəkir – Bunu necə deaktiv etmək olar?

Son günlərdə “iPhone” istifadəçilərinin istəyindən asılı olmayaraq ardıcıl olaraq 5 dəfə fotoşəkil çəkdiyi iddiası gündəmdədir. Bu iddianın həqiqət payı varmı?

 

Tacxeber.com“weptekno”-ya istinadən xəbər verirki, icazəsiz çəkilən fotoşəkil iddiası ağıllara yalnızca bir sual gətirir: “Görəsən, həqiqətən belə bir şey varmı və fotoşəkillərim “Apple” serverlərinə göndərilir?”
Gəlin, bu iddianın doğru olub-olmadığına baxaq.
Əslində, bu iddiadakı 5 saniyə detalı bir qədər yanıltıcıdır.

 

Bu 5 saniyəyə əlavə olaraq Apple-ın həqiqi dərinlik kamera texnologiyasının necə işlədiyinə dair də bir yanlış anlaşılma mövcuddur. Belə ki, “Apple” həqiqi dərinlik kamera sistemi(HDKS) və infraqırmızı (IR) texnologiyasından istifadə edir.
Bununla da üzünüzün 3 ölçülü xəritəsini yaradır və beləliklə sistem, üzünüzə minlərlə görünməz infraqırmızı nöqtə yansıdır. Siz isə bu infraqırmızı işıqları heç vaxt hiss etmirsiniz.

Bu səbəbdən həmin proses cihazınızı aktiv olaraq istifadə etdiyiniz zaman periodik olaraq baş verir və adətən bir neçə saniyədən bir ekrana baxıb-baxmadığınızı yoxlamağa yarayır.
Əlavə olaraq, bu texnologiyanın məqsədi, cihazınızın kilidini açmaq üçün istifadə etdiyiniz üz tanıma kimi xüsusiyyətləri aktivləşdirmək, ona baxmadığınız zaman isə ekranı qaraltmaq və bildiriş səs səviyyəsini azaltmaqdır.

 

Yəni heç bir görüntünüz saxlanmır və ya “Apple” serverlərinə göndərilmir.

Ancaq yenə də bu mövzuda narahatlığınız varsa, telefonunuzda tənzimləmələrə girərək üz tanıma xüsusiyyətini aktivləşdirdikdən və ya şifrənizi daxil etdikdən sonra telefonunuzdakı diqqət fərqindəliyi xüsusiyyətini deaktiv edə bilərsiniz.
Bunun məxfiliyi nəzərə alınaraq dizayn edildiyini və bir nəzarət forması olmadığını vurğulamaq istəyirik.

Bəzi viral videolarda görünən infraqırmızı flaşlar, çəkilən gizli fotoşəkillərin sübutu deyil, yalnızca nəzərdə tutulduğu kimi işləyən həqiqi dərinlik sistemidir.

Tacxeber.com

Oxşar xəbərlər