İki dəfə xərçəngə qalib gələn Vladimir Pozner yenə də xərçəngə yoluxub..
Aparıcı Vladimir Pozner xəstəxanaya düşüb.
Tacxeber.com xəbər verir ki, “Mash” teleqram-kanalı 90 yaşlı aparıcıya dəri xərçəngi diaqnozu qoyulduğu məlumatını verib.
Qeyd edək ki, ilk dəfə Poznerdə 59 yaşında Nyu-Yorkda yaşayarkən prostat xərçəngi aşkar edilmişdi. O zaman aparıcı xəstəliyə qalib gələ bilmişdi. Sonradan 80 yaşında bağırsaq xərçənginə tutulan Poznar bu dəfə də sağala bilib.