• 23 Noyabr 2024 19:30

Məşhur firmaların dondurmaları insan sağlamlığına təhlükəli imiş – Ticarət mərkəzlərində YOXLAMA

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ticarət şəbəkələrində satılan dondurmalarla bağlı monitorinq keçirib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.

 

Bildirilib ki, monitorinq çərçivəsində götürülmüş nümunələrin sınaq nəticələrinə əsasən, daha üç yerli və beş idxal olmaqla, ümumilikdə, səkkiz dondurma məhsulunda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.

 

Uyğunsuzluq aşkar edilmiş məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı yeddi müəssisə barəsində məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərarlar qəbul edilib və icra üçün sahibkarlara təqdim olunub. Eyni zamanda dondurma məhsullarının satışdan kənarlaşdırılması və istehsalçı müəssisələrə geri qaytarılması ilə bağlı ticarət şəbəkələrinin rəhbərlərinə rəsmi qaydada xəbərdarlıq olunub.

 

Ümumilikdə, monitorinq müddətində uyğunsuzluq aşkar edilmiş 2809 ədəd dondurma məhsulunun ticarət şəbəkələrindən geri çağırılması, 2569 ədəd məhsulun isə məhv edilməsi təmin edilib. Hazırda bu istiqamətdə fəaliyyət davam etdirilir.

 

Uyğunsuzluq aşkar edilmiş dondurma məhsulu partiyaları aşağıdakılardır:

Məhsulun adı

İstehsalçı

İstehlaka yararsız məhsul partiyası

Aşkar edilmiş uyğunsuzluq

“Saturn” əmtəə nişanlı karamelli və araxisli dondurma

“Rich S.A” MMC

30.01.2024-30.03.2025

Enterobacteriaceae bakteriyası

“Vineto” əmtəə nişanlı qozlu dondurma

Fiziki şəxs Yusubova Sərngül Kərəm qızı

22.04.2024-22.02.2025

Enterobacteriaceae bakteriyası

“Marka №1” əmtəə nişanlı şokoladlı plombir dondurma (çəki ilə satılan)

Fiziki şəxs Məmmədov Arif Firudin oğlu

04.05.2024-04.03.2025

Enterobacteriaceae bakteriyası

“Сибхолод” əmtəə nişanlı şokoladlı qlazur ilə qaymaq dadlı plombir Eskimo dondurma

“Tekaz” MMC, Rusiya Federasiyası

12.07.2023-12.01.2025

Enterobacteriaceae bakteriyası

“Qost Plombir” əmtəə nişanlı şokolad qlazurunda vanil ətirli Eskimo plombir dondurma

14.07.2023-14.01.2025

Enterobacteriaceae bakteriyası

“Woohoo!” əmtəə nişanlı çiyələk desertli dondurma

“ANC Group” MMC, Belarus Respublikası

25.03.2024-25.03.2025

Enterobacteriaceae bakteriyası

“OE!” əmtəə nişanlı şokoladlı və kokoslu plombir dondurma

“Klin-Pro” MMC, Rusiya Federasiyası

08.04.2024-08.10.2025

Enterobacteriaceae bakteriyası

“Русский холод” əmtəə nişanlı vanilli plombir dondurma

Fiziki şəxs Babayev Elçin Ramizoviç, Rusiya Federasiyası

02.04.2024-02.10.2025

Enterobacteriaceae bakteriyası

Tacxeber.com

Oxşar xəbərlər