Əfsanəvi Mayk Tayson açıq etiraf etdi: “Mən şöhrət düşkünüyəm”
Keçmiş dünya çempionu Mayk Tayson məşhur videobloqer Ceyk Pol ilə döyüşməyə niyə razı olduğunu açıqlayıb.
Qaynarinfo “talkSPORT” nəşrinə istinadən xəbər verir ki, amerikalı boksçu şöhrət naminə hər şeyə hazır olduğunu bildirib.
“Düzünü deyəcəm. Düşünmürəm ki, Pol ümumiyyətlə mənə toxuna biləcək, amma mən şöhrət düşkünüyəm. Bütün günü insanların mənim haqqımda düşünməsi və danışması xoşuma gəlir. Uzun və şərəfsiz bir ömür sürməkdənsə, şöhrət içində qısa bir ömür yaşamaq istərdim. Mən sadəcə beləyəm.