• 26 Noyabr 2024 11:01

Zəifləmiş Rusiya, abxazlar və başqa Qafqaz xalqları üçün artıq əvvəlki qorxunc monstr deyil.

Tanınmamış Abxaziya Respublikasında xalq meydanlara axışdı. Əhali prezident Aslan Bjaniyanın təşəbbüsü ilə parlamentin yeni qəbul etdiyi qanuna etiraz edir. 

 

Yeni qanun yüz min rus və erməninin Şərqi Abxaziyada, Qara Dəniz sahilində yerləşən Oçamçira və Tqvarçelo rayonuna yerləşdirmək üçün torpaq sahəsi ayrılması və apartamentlərin tikintisi haqqındadır.

 

Abxazlar narahatdır ki, cəmi 250 min əhalisi olan azsaylı xalq üçün 100 min rusun köçürülməsi etnik tərkibi dəyişməklə cəmi bir neçə onilliyə abxazları tam assimilyasiya edə bilər.

 

Bundan əlavə abxazlar, ermənilərin də ölkədən çıxarılmasını tələb edirlər. Verilən məlumata görə qeydiyyatsız yaşayan ermənilər də hesaba alınsa, Abxaziyada ermənilərin sayı abxazların sayından çoxdur.

 

Üstəlik nüfuzlu erməni kriminal avtoritetin abxaz prezidentinin ən yaxın köməkçilərindən biri olması və ermənilərin korrupsiyaçı rejimdən təyinatı üzrə istifadə edərək ödəniş müqabilində asanlıqla qeydiyyata düşmələri vəziyyəti daha da kəskinləşdirir.

 

Hesab edirəm ki, Putinin məqsədi Qara Dəniz sahilində yeni limanlar tikərək möhkəmlənməkdir. Sirr deyil ki, l -ci Pyotr ( Dəli Petro) Rusiya imperiyasını quranda əsas hədəfi Baltik, Azov və Qara dəniz vasitəsilə dünya okeanına çıxış əldə etmək idi. İnsafən buna nail də olmuşdular.

 

Son iki il yarımda qəhrəman Ukrayna ordusu Rusiyanın Qara dəniz donanmasını küncə sıxaraq, Rusiyanı az qala Qara dənizdən məhrum etməsi Putini əl-ayağa düşməyə məcbur etdi.

 

Lakin zəifləmiş Rusiya, abxazlar və başqa Qafqaz xalqları üçün artıq əvvəlki qorxunc monstr deyil. Üstəlik dünya da əvvəlki dünya deyil.

Asif Yusifli

Tacxeber.com

Oxşar xəbərlər