Topuq ağrısı ilə özünü bəlli edir – Kalsium burada yığılarsa…
Səhv ayaqqabı seçimi, sərt səthdə yürüş, uzun müddət ayaqüstə qalmağı tələb edən işlərlə məşğul olmaq ayaqlarda bir çox problemin yaranmasına səbəb olur. Bu problemlərin önündə topuq tikanı gəlir.
Tacxeber.com türk mediasına istinadla xəbər verir ki, Fizioterapevt və Reabilitoloq Dr. Ahmet Dinç bildirib ki, bu problem topuq sümüyünün alt hissəsində aylarla kalsium yığılıb qalmasına görə yaranır. “Birdən-birə özünü göstərmir. Ona görə də topuq ağrısı kimi erkən əlamətləri görməməzlikdən gəlməyin.”
Topuq tikanının yaranma səbəbi nədir? Topuq tikanı necə müalicə edilir? Topuq tikanının ağrısı necə kəsər? Bütün bu sualları mütəxəssis cavablayıb.
“Ayaq problemi yalnız ayaqlarınıza təsir edən bir problem deyil. Onsuz da addım atırıq, yeriyirik düşüncəsilə ayaqlarımıza lazım olan diqqəti göstərmirik. Hətta bəzi əlamətlərə laqeyd yanaşırıq. Ayaqqabı seçərkən də ayaq sağlamlığını fikirləşmirik. Rəngi, naxışı gözəlsə alırıq, sağlamlıq ikinci planda qalır. Lakin vaxtında problemlərin qarşısı alınmazsa, ciddi problemlərlə üz-üzə gələ bilərik.
Ayaqla bağlı ən çox şikayət topuq tikanı ilə bağlıdır. Artıq çəki, davamlı olaraq ayaqüstə işləmək, səhv ayaqqabı seçimi, bəzi iltihablı revmatizm xəstəlikləri, ayaqlarda stress yaradacaq məşqlər kimi hallar bu xəstəlik üçün böyük risk yaradır”.
Topuq tikanı bu xəstəliklər ilə qarışdırılır
“Bəzən topuq tikanını cilddə, dəridə olan problemlərlə qarışdırırlar. Topuq tikanı topuq sümüyünün alt və ya arxa hissəsində kalsium yığılması nəticəsində ortaya çıxan sümük çıxıntısına deyilir”.
(Topuq sümüyü quruluşu, körpü şəklindəki ayağın uclarından biridir. Bu iki uc bir-birinə bir bağ ilə bağlıdır və ayaq əzələləri ilə hərəkət etdirilir. Bu əzələlər və bağların bir ucu da topuq sümüyünə bağlıdır-Red.)
“Topuq tikanı çöldən baxanda görünməz. Xalq arasında topuq bölgəsində görülən dəri sərtlikləri, çıxıntıları və ziyillərə də topuq tikanı deyilir. Bunların topuq tikanı ilə əlaqəsi olmayıb dermatoloq həkimi tərəfindən qiymətləndirilməsi və müalicə edilməsi mütləqdir.
Topuq tikanı ümumiyyətlə ayağın altında olan qalın toxuma bantının iltihablanması nəticəsində yaranır. Bu toxuma bantı əmici bir kəmər kimi ayağı dəstəkləyər. Bu bantdakı stress və gərginlik artdıqda zamanla iltihablanma inkişaf edər vəhəmin hissəyə kalsium yığılmağa başlayar. Bu yığıntı rentgendə asanlıqla təsbit edilə bilər”.
Fizioterapiya topuq tikanına yaxşı təsir edirmi?
Uzun müddət hərəkətsiz qaldıqdan sonra ayaq pəncəsində və topuqda sancma, batmanın topuq tikanının ən birinci əlaməti olduğunu bildirən Ahmet Dinç “Səhər yataqdan qalxdıqdan sonra atılan ilk bir neçə addımda şiddətli ağrı olur və uzun müddət ayaqüstə qalmaq və yeriməkdən sonra da arta bilər. Topuq tikanı həyat keyfiyyətini ciddi şəkildə aşağı salır”-deyə, qeyd edir.
“Xəstənin yeriməsinə və ayaqüstə qalmasına maneə törədə bilər. Topuq tikanı müalicəsində əvvəlcə ayağa düşən təzyiqi azaldaraq ağrı və iltihaba nəzarət edən tədbirlər görülməlidir. İlk növbədə ayaqüstə çox qalmamaq, uzun məsafələrdə çox yeriməmək və yumşaq ayaqqabı, ya da başmaq geyinmək, artıq çəkini azaltmaq, topuq yastığı və ayaqlıq kimi dəstəkləyici vasitələrdən istifadə etmək tövsiyə edilər. Bu tədbirlər kifayət etmədikdə isə fizioterapiya üsullarına müraciət edilir”.
ESWT müalicəsi nədir, necə tətbiq olunar?
“ESWT müalicəsi xüsusilə də yumşaq toxuma xəstəliklərinin müalicəsində istifadə olunur.
Yüksək təzyiqli səs dalğalarının istifadə edildiyi etibarlı bir müalicədir. Tətbiq müddəti 10-20 dəqiqə arasıdır və cəmi 3 – 5 seans arasında tətbiq olunar.