Ukraynada döyüşən gürcülərin DTX-ya çağırıldığı bildirilir
Ukraynada Rusiya Federasiyasına qarşı döyüşən gürcü könüllülərin Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) dindirilmək üçün çağırıldığı bildirilir.
İyulun 20-də sosial şəbəkələrdə Ukraynada döyüşmüş gürcü döyüşçü Nadim Xmaladze bu barədə yazıb.
“Mən, Nadim Xmaladze, dövlət çevrilişi və terrorizm ittihamı ilə Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıram”, – o “Facebook”da yazıb. Bir gün əvvəl məlum olub ki, Ukraynadakı döyüşlərdə iştirak edən İşğal Əleyhinə Hərəkatın fəalı Laşa Çiqladze Tbilisi Şəhər Məhkəməsində dindirilib: “Mənə dedilər ki, bir il əvvəl dövlət çevrilişi ilə bağlı istintaq başladılıb və bununla bağlı bəzi suallar var”.
Çiqladze “Mtavari TV”-yə müsahibəsində bildirib ki, Ukraynaya nə vaxt gedib, qayıtdığı barədə də suallar verilib.