• 23 Noyabr 2024 14:46

Sonaxanım: “İstanbul getmişdim, nə qədər evlilik təklifi aldım”

 

“Mən də sevib ailə qurmuşam, alınmayıb. Kaş indiki ağlım olaydı. Sevgi insanın gözünü kor edir. Bəzən görürük xasiyyətimiz uyğun gəlmir, deyirik, ailə qursaq, düzələr”.

 

Tacxeber.com axşam.az-a istinadla xəbər verir bu sözləri aktrisa Sonaxanım Əliyeva “Elgizlə izlə” verilişində deyib.

 

Keçmiş ərindən danışan sənətçi bunları söyləyib:

 

“Sevdiyim insana əziyyət verirəm. Kaprizlərimi göstərirəm. Onu sınaqdan keçirmək istəyirəm ki, həqiqətənmi mənə qarşı dürüstdür, ya yox. Bu, evliliyimə qədər olan ərəfədə idim. Ərim il yarım arxamca sürünüb, üzünü də baxmamışam”.

 

İstanbula istirahətə yollanan aktrisa bahalıqdan şikayətlənib:

 

“Hamının gözü məndədir. İstanbulda istirahətə getmişdim, çox bahalıqdır. Orada nə qədər evlilik təklifi aldım. Amma istəmədim. Mən heç bir sözü ciddiyə almıram. İndi xanımı səhnədə görüb, ailə qururlar. Sonra deyirlər ki, oxuma”.

Tacxeber.com

Oxşar xəbərlər