Qarpız toxumu antidepresan imiş – FOTO
ABŞ alimləri qarpız toxumlarının antidepresan dərmanları əvəz edə biləcəyini açıqlayıblar.
Tacxeber.com xəbər verir ki, bu barədə “Northwestern” universitetinin alimləri araşdırma aparıb.
Mütəxəssislər Türkiyənin Şərqi və Cənub-Şərqi Anadolu bölgələrində yetişən qarpız toxumlarının tərkibində yüksək səviyyədə maqnezium, protein və folat aşkar ediblər.
Bildirilib ki, insan orqanizminin ən çox ehtiyac duyduğu bu minerallarla zəngin olan qarpız tumları çiy istehlak edildikdə mineral balansını pozur və zəhərlənməyə səbəb olur. Qeyd olunub ki, qarpız tumları qaynadılmış və qovrulmuş halda istehlak edilməlidir.