• 23 Noyabr 2024 22:41

Harris Trampı 2 faizlə qabaqlayır

ABŞ-nin vitse-prezidenti Kamala Harris prezident seçkilərində Demokratlar Partiyasından namizəd kimi irəli sürülməsindən sonra ən yüksək hökumət postuna iddialı olan Respublikaçı Donald Trampı qabaqlayır.

 

Bu barədə “Reuters” agentliyi “Ipsos” sosioloji xidməti ilə birgə keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə əsasən məlumat yayıb.

 

Məlumata görə, 1241 amerikalı arasında keçirilən sorğunun nəticələrinə əsasən, Harrislə Tramp arasındakı fərq 2 faizdir. Belə ki, seçicilərin 44%-i Harrsə, 42%-i isə Trampa üstünlük verir.

 

Sorğu iyulun 22-23-də, yəni Bayden seçki yarışından geri çəkildiyini elan etdikdən sonra keçirilib.

Agentlik qeyd edib ki, iyulun 15-16-da keçirilən sorğuda seçicilər Tramp və Harrisə bərabər səviyyədə (44%) dəstək verib. İyulun 1-2-də keçirilən sorğunun nəticələrinə görə isə Tramp Harrisi 1 faiz üstələyib.

 

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Baydenin Demokrat Partiyasını təmsil edəcəyi gözlənilirdi, lakin iyunun 27-də Trampla debatdakı uğursuz çıxışından sonra demokratlar arasında onun mübarizədən əl çəkməsinə çağırışlar güclənib. İyulun 21-də Bayden yarışdan çıxmaq qərarına gəlib və ABŞ-nin vitse-prezidenti Kamala Harrisin ən yüksək hökumət postuna namizədliyini dəstəkləyib.

Tacxeber.com

Oxşar xəbərlər