• 24 Noyabr 2024 07:00

AFFA Hakimlər Komitəsinə yenə də əcnəbi mütəxəssis sədr təyin olundu

AFFA Hakimlər Komitəsinə əcnəbi mütəxəssis sədr təyin olundu

AFFA Hakimlər Komitəsinin yeni sədri müəyyənləşib. 

 

Tacxeber.com AFFA-ya istinadən xəbər verir ki, belçikalı mütəxəssis Frank de Bleker bu vəzifəyə təyin olunub.

 

AFFA İcraiyyə Komitəsinin 2024-cü il iyulun 12-də keçirilən son iclasında Hakimlər Komitəsinin sədri məsələsi müzakirə olunmuş, namizədlərdən belçikalı Frank de Blekerin zəngin beynəlxalq təcrübəsi və peşəkar fəaliyyəti nəzərə alınaraq, müsbət rəy verilmişdi.

Müqaviləyə dair bəzi şərtlərin müzakirəsinə ehtiyac yaranmışdı. Həmin məsələlərlə bağlı razılıq əldə olunduğundan, belçikalı FIFA referisi ilə 3 illik müqavilə imzalanıb.

 

Qərara alınıb ki, artıq Frank de Bleker iyulun 28-dən Misli Premyer Liqası və I Liqa hakimlərinin təlim-məşq toplanışına rəhbərlik edəcək.

Qeyd edək ki, 58 yaşlı Frank de Bleker əvvəllər FİFA referisi olub. O, Belçika çempionatının oyunları ilə yanaşı DÇ-2006, Avro-2008 və DÇ-2010-nin, Çempionlar Liqasının və digər beynəlxalq matçları idarə edib.

Tacxeber.com

Oxşar xəbərlər