• 23 Noyabr 2024 18:39

Qarpız yeyərək həm arıqlayın, həm də xərçəngdən qorunun

 

Yay fəslində əvəzolunmaz olan qarpız dərini yeniləyir, toxluq hissi verərək çəki nəzarətinə kömək edir, xərçəng və infarkt riskini azaltmada rol oynayır. Üstəlik, təkcə meyvə deyil, hətta toxumlar da faydalıdır. Toxumlar da xolesterolu aşağı salır.

 

Tacxeber.com xəbər verir ki, buna görə də qarpız ən çox istehlak edilən meyvə olmalıdır. Tərkibindəki amin turşuları sayəsində bədəndəki iltihabların aradan qaldırılmasına töhfə verən qarpız toxumları xolesterinin də azalmasına kömək edir.

 

Qarpızın 8 mühüm faydasını təqdim edirik:

 

İmmunitet sistemini gücləndirir

Gündəlik vitamin və mineral ehtiyaclarının ödənilməsində təsirli olur. Bir porsiya qarpız gündəlik C vitamini ehtiyacınızın təxminən 10 faizini ödəyir. Tərkibində kalium, A və B6 vitaminləri və digər vitamin və minerallar da var. Vitamin C immunitet sistemini gücləndirir və bədənin dəmiri mənimsəməsinə kömək edir. A vitamini dəri və göz sağlamlığı üçün vacibdir. Qarpız həm də kaliumla zəngin olduğu üçün təzyiqi aşağı salır və sinir sistemini dəstəkləyir. O, həmçinin zülalların parçalanmasına kömək edən, immun sisteminin və sinir sisteminin funksiyalarını gücləndirən B6 vitamini ilə zəngindir.

 

Xərçəng və ürək xəstəlikləri riskini azaldır

Qarpızda antioksidan xüsusiyyətlərə malik yüksək miqdarda likopen var. Likopen qarpız və digər meyvə və tərəvəzlərdə olan antioksidan xüsusiyyətlərə malik təbii birləşmədir. Likopen də qarpıza qırmızı rəng verir. Araşdırmalar göstərib ki, likopenin xərçəng və ürək xəstəlikləri riskini azaldır. Hüceyrələrin zədələnməsinə qarşı qoruyan likopenin müntəzəm istehlak edildiyi zaman təzyiqi aşağı salan təsiri olduğu bilinir. Araşdırmalar göstərir ki, qarpız ekstraktı uzun müddətdə qan təzyiqini aşağı sala bilir. Qarpızın tərkibindəki antioksidantlardan L-sitrulin və L-argininin damarların fəaliyyətini yaxşılaşdıra biləcəyi vurğulanır.

 

Bədənin su ehtiyacını təmin edir

Qarpız orqanizminizin su ehtiyacını da ödəyir. Qarpızın 90 faizdən çoxu sudan ibarətdir. İnsan orqanizmi su ehtiyacının 80 faizini içdiyi, 20 faizini isə yediyi ilə qarşılayır. Yay aylarında kifayət qədər su içməsəniz, bəzi problemlər yarana bilər. Böyüklər çox vaxt su içməyi unudurlar. İstiliyin yüksəldiyi yay aylarında tərləmə səbəbiylə maye itkisi əhəmiyyətli bir problemdir.

 

Həzm sistemini yaxşılaşdırır

Qarpız yüksək su və az miqdarda lif tərkibinə görə həzm sistemini dəstəkləyir. Xüsusilə su tərkibinə görə yaxşı bir sidikqovucudur.

 

Çəkiyə nəzarət edir

Pəhrizi pozan şəkərli qidalar yerinə qarpız seçmək şirin istəklər üçün faydalıdır. Araşdırma nəticəsində məlum olub ki, qarpız uzun müddət toxluq hissi yaradır və artıq çəkisi və ya kökəlməsi bilinən insanlar yağlı qidalar yerinə qarpız yeyərək daha çox toxluq hissi keçirirlər. Özünü qarpızla doyuranlarda qan təzyiqi və bel ətrafının azalması aşkar edilib.

 

İltihabı azaldır

Qarpızda olan antioksidanlar, likopen və C vitamininin spesifik birləşməsi zamanla bədəndə iltihabı və oksidləşdirici zərəri azaldır.

 

Dərini təzələyir

Parlaq bir görünüş üçün təsirlidir. Qarpızın tərkibindəki su və vitaminlər A, B6 və C dərinizin yumşaq, hamar və elastik qalmasına kömək edir. Xüsusilə C vitamini dərinin elastikliyini və dəriyə qan axını artıran kollagen istehsalını artırır. Vitamin A dəri hüceyrələrini bərpa etməyə kömək edir və dərinin qurumasının qarşısını alır. Vitamin B6 dəri çatlarını da aradan qaldıra bilər.

 

Toxumları xolestrerolu azaldır

Qarpız toxumları təkcə qidalandırıcı deyil, həm də xolesterolu azaldır. Çiy və ya qurudulmuş halda istehlak edilə bilən qarpız tumları maqneziumla zəngindir. Maqnezium zülal sintezində və qan təzyiqinin tənzimlənməsində mühüm rol oynayır. Toxumlar həmçinin depressiya riskini azalda bilən folat ehtiva edir və insultdan qoruyan və qanda pis xolesterin səviyyəsini azaldan mono-doymamış və çoxlu doymamış yağ turşularının yaxşı mənbəyidir.

Tacxeber.com

Oxşar xəbərlər