Şoyqunun ən yaxın adamlarından biri həbs edildi
Rusiyanın sabiq müdafiə naziri Sergey Şoyqunun vaxtında Rusiya Federasiyası müdafiə nazirinin maddi-texniki təchizat xidmətinin müavini vəzifəsində çalışmış general Dmitri Bulqakov korrupsiya işi ilə bağlı saxlanılıb.
Tacxeber.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Qeyd olunur ki, məhkəmə Dmitri Bulqakov barədə həbs qətimkan tədbiri seçib.