Bakıda kirayə mənzillərin qiyməti azalacaq? – AÇIQLAMA
Bu yay ötən illərdən fərqli olaraq kirayə mənzillərin qiyməti ucuzlaşmadı. Əksinə, daha da bahalaşdı. İnsanlar münasib qiymətə kirayə mənzil götürmək üçün yay fəslini gözləsələr də, çox təəssüf ki, bu yay onların gözləntilərini doğrultmadı. Əvvəllər ev axtarışında olan şəxslər 1 və ya 2 otaqlı mənzilləri 350-400 manata tapa bilirdilərsə, bu il bu qiymətə kirayə mənzil tapmaq əlçatmaz olub. Ev axtaran şəxslərin sözlərinə görə, bu il ucuz mənzil tapmaqdan əlavə həm də həmin evlərin qiyməti 50-100 manat artaraq daha da bahalaşıb. Bəs buna səbəb nədir?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Bakı şəhərində kirayə mənzil qiymətlərinin artımına səbəb, bütün iqtisadi, ictimai, sosial fürsətlərin hamısının Bakı şəhərində toplanmasıdır.