“Fast-food” yeyən qadınlarda bu xəstəliklər aşkarlanır
“Fast-food” istehlak edən qadınların otoimmün xəstəliklərdən əziyyət çəkmə ehtimalının daha yüksək olduğu ortaya çıxıb.
Tacxeber.com xəbər verir ki, bu haqda “Daily Mail” xəbər dərc edib.
Harvard Universitetində aparılan bir araşdırma göstərib ki, süni dadlandırıcılar və konservantlarla dolu olan bu qidalardan çox istifadə edən insanların oynaq ağrıları, dəri problemləri və yorğunluğa səbəb olan lupus xəstəliyinə tutulma ehtimalı yüzdə 56 daha çoxdur.