Fəzail Ağamalının qızının deputatlığa namizədliyi təsdiqləndi
Növbədənkənar parlament seçkilərində namizəd olmaq üçün müraciət edənlərdən daha biri təsdiqlənib.
Tacxeber.com xəbər verir ki, Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya Məsələləri üzrə müşaviri, deputat Fəzail Ağamalının qızı Günay Ağamalı bu il sentyabrın 1-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürüb.
“Qarşıdan gələn növbədənkənar Parlament seçkilərində iştrak etmək üçün 65 saylı Salyan-Biləsuvar-Neftçala Dairə Seçki Komissiyası tərəfindən rəsmi şəkildə qeydiyyata alındım. Öz imzaları ilə mənə etimad göstərib, belə bir şansı verən dəyərli seçicilərimə dərin təşəkkürümü bildirirəm”, – Günay Ağamalı bildirib.