• 23 Noyabr 2024 17:03

Maşın parkı qocalır, yeni avtomobil sürənlərin sayı sürətlə azalır – Ekspert

2014-cü ildə Azərbaycanda bütün minik avtomobillərinin 17%-i (yəni hər 100 avtomobildən 17-i) 5 ilə qədər istismar müddəti olan nəqliyyat vasitələri idi. Hazırda bu göstərici 5% ətrafındadır.

 

Tacxeber.com xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev deyib. O bildirib ki, mütləq ifadədə 5 yaşa qədər olan minik maşınlarının sayı 2,3 dəfə azalaraq 186 mindən 81 min ədədə enib:

 

“Bu dövrdə istismar müddəti 5-10 il arasında olan minik avtomobillərinin parkda xüsusi çəkisi 2 dəfədən çox azalaraq 21%-dən 10%-ə enib. Mütləq ifadədə 5-10 yaş intervalında olan  minik maşınlarının sayı 35% azalaraq 232 mindən 152 min ədədə enib”.

 

Ekspertin sözlərinə görə, 10 ildən çox istismar müddəti olan minik maşınlarının parkda xüsusi çəkisi isə 62%-dən 85%-ə yüksəlib: “Bu yaşda minik avtomibillərinin sayı isə 2 dəfəyə yaxın artaraq 682 mindən 1,262 milyon ədədə çatıb”.

 

R. Ağayev təzə maşınların, xüsusən 5-10 yaş intervalında nəqliyyat vasitələrinin sayının sürətlə azalmasının ölkədə orta təbəqənin maddi imkanları ilə bağlı olduğunu düşünür.

Tacxeber.com

Oxşar xəbərlər