“Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcək”
Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcək.
Tacxeber.com report-a istinadla xəbər verir ki, bunu Yay Olimpiya Oyunlarının qızıl medalını qazanan cüdoçu Hidayət Heydərov deyib.
O bu qələbə sayəsində medal kolleksiyasını tamamladığını bildirib:
“Medal kolleksiyamı tamamladım. 4 il idi ki, bu yarışa hazırlaşırdım. Bundan sonra 2028-ci ildə Los-Ancelesdə keçiriləcək olimpiadaya hazırlaşacağam. Səhifələrdə mənimlə bağlı yazılan rəyləri oxuyuram. Məni dəstəkləyən hər kəsə öz təşəkkürümü bildirirəm. Biz qalib xalqın övladlarıyıq. Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcək”.