• 20 Sentyabr 2024 20:39

“Bu müharibədən yalnız Qərbin hərb baronları uduş əldə edib” – Ərdoğan

 

“Məhz onlar odun üstünə yağ tökür və onun qızışması üçün hər şeyi edir…”

 

Rusiyanın Ukraynaya qarşı müharibəsi çox bəlalar gətirib. Udan isə yalnız Qərbin hərb baronları olub.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Məlumatı “Anadolu Ajansı” agentliyi yayıb.

 

“Qərbin hərb baronlarından başqa bu qan tökülməsindən heç kim uduş əldə etməyib. Onlar odun üstünə yağ tökür və onun qızışması üçün mümkün olan hər şeyi edir. Biz sülh və sabitliyin bərqərar olunması üzərində işləyirik”, – Ərdoğan bəyan edib.

 

Onun sözlərinə görə, Ankara Ukraynada müharibənin ilk günündən onun başa çatdırılması üçün addımlar atıb.

 

Türkiyə prezidenti xatırladıb ki, məhz türklər balanslı siyasət yeridərək və iki qonşu arasında ədalətlə hərəkət edərək müharibə alovunun Qara dənizə yayılmasının qarşısını alıb. Taxıl sazişi sülhə aparan yolda ilk mərhələ olub.

 

Qeyd edək ki, Ərdoğan son zamanlar bir sıra yaddaqalan bəyanatlar verib. Bu bəyanatların birində o, İsraildən fələstinlilərə qarşı qətliamı dayandırmağı tələb edib. Əks halda İsrailə müdaxilə edəcəyini deyib.

 

Türkiyə prezidenti məlumat verib ki, onun ölkəsi Qara dəniz taxıl dəhlizinin işinin bərpasında maraqlıdır.

 

Məhz bu məsələ onun ukraynalı həmkarı Vladimir Zelenski ilə ABŞ-da NATO-nun sammitində görüşü zamanı söhbətin əsas mövzusu olub.

 

O, deyib ki, “biz Ukrayna tərəfi ilə işləmək istəyirik və mən ümid edirəm ki, biz yenidən bu dəhlizi işə salacağıq”.

Tacxeber.com

Oxşar xəbərlər