Qocalmağı necə dayandıraq?
Qidalanma, həyat tərzi bizim ömrümüzə bir başa təsir edir. İnsanlar çox yaşamaq istəyir ancaq tez qocalır və enerji tükənmişliyi yaşayırlar.
Bəs, insanlar necə daha gec qocalar bilər və uzun ömür sürə bilərlər?
Moderator.az xəbər verir ki, mövzu haqqında İlker Çağlayan maraqlı bilgi və faktları “Söhbətgah” podkastında bölüşüb.
İnsan ömrü ortalama 120 ildir. Bu mütəhərrik əslində (maşın, makine) 120 il fəaliyyət üçün yaradılan bir mexanizmdir. Bəs niyə 120 il ömür sürmür, pozulur?
Çində yaşadığım dövrdə hər səhər bina önündəki parklarda 60+ yaşlı insanların qaçmalarını, çərpələng uçurub, rəqs etdiklərini görurdüm. Aktiv həyat sürürdülər. Mən də çin dilində öyrəndikdən sonra onlarla danışdım və nəyin şahidi oldum?
60-65 yaşlı sandığım insanlar əslində 85-95 yaş arasında olan insanlardır.
Onlardan biri ilə tanış oldum ki, 4 dəqiqəlik taici ilə məşğul olurdu. 103 yaşı var idi. Yaşam sirrini öyrənməyə çalışdım. Mənə həyatını məhz bu 4 dəqiqəlik taici kimi çox yavaş hərəkət etdiyini dedi. Həyatın axarında aramla, yavaş addımladığını izah etdi.
Qocalmamaq üçün qidalanmağımız çox önəmlidir.
Amma antiagingdə bir çox parametrlər var.
Hər şeydən əlavə əsas olan bizim düşüncələrimizdir. Düşüncə ilə xəstəlik yaradıb, özümüzü qocalda, xəstə edə bilirik. Dolayısı ilə ruh, zehin və bədən olaraq bu döngünü qura bilməliyik.
Şəmsi Təbrizinin bənzər bir ifadəsi var idi. Neçə yaşında oluruqsa olaq, dəyişmək, yenilənmək hər zaman mümkündür. Əsas olan bizim istədiyimiz, daxildən gələn enerjimizdir.
Öncəliklə qəbul edə bilməkdir, qəbul edəcəyik. 0-cı addım bir şeylərin yolunda getmədiyi halda bunu görüb, qəbul etməkdir.
Bəzən insanlara terapiya almağa ehtiyacınız var. Terapiya almaq pis bir şey deyil və yardım hər zaman gözəldir.
İnsanların çoxu əks reaksiya verib, “mənim yardıma ehtiyacım yoxdur” – deyir.
Həmin insan beynində, zehnində hər şeyi blok edib və onun yaxşıya doğru irəliləməsi çətin söhbətdir.
İnsan qəbul edərsə, hər şey yolunda gedəcək. Qəbuldan sonra niyyət gəlir. Niyyətimizin çox güclü olması önəmlidir.
Bizim duyğu durumumuz qidalanmamız ilə çox əlaqəlidir.
Aşiq ola biləcəyimiz insana bağırsaqlardakı bakteriyaların qərar verə biləcəyini sizə deyə bilərəm.
Bunu klinik çalışmamda öyrənmişdim və bununla yanaşı təbii ki, bir çox şeylər.
Bir kitab yazarı var kitabında deyir ki, 2 dilim tam buğda çörəyi qan şəkərimizi normal şəkər qədər tez yüksəldir.
Bilirik ki, qan şəkərinin sürətlə yüksəlməsi çox pis bir şeydir. Buna diqqət etmək lazımdır. Mən qlükoz monitoru ilə qidalanma barəsində qan şəkərimi test etdim.