• 24 Noyabr 2024 11:42

“Valideynin cəhənnəmi övladı itirəndən sonra başlayır”

 

“İnsanın cəhənnəmi valideyn üçün övladı itirəndən sonra başlayır. Düşünməzdim ki, verilişdən sonra hər kəs balamdan danışa”. 

 

Tacxeber.com xəbər verir ki, bu sözləri müğənni İbrahim Borçalının həyat yoldaşı Zöhrə Həsənova “O üz” verilişində deyib. O, bir neçə il əvvəl avtomobil qəzasında itirdiyi oğlu Rəhimdən danışıb:

 

“Oğlum hər zaman deyirdi ki, sən çox güclüsən. Deyirdim ki, mən varam, Rəhim də var. Nə qədər nəfəsim var onun xatirələrini yaşadacağam. Məcbursan acını içinə gömüb, ayağa qalxasan. Hər kəs deyir ayağa qalxdılar. İbrahim Borçalı şou-biznes adamıdır, evdə bir övladı var. Məcburdur ayağa qalxmağa. Övladını çiynində torpağa qoyandan sonra, mikrofon götürüb cəmiyyətə qoşulmaq çətin idi. Onu biz bacardıq. İbrahim olmasaydı ayağa qalxa bilməzdim. Amma düşündük ki, evimizdə qardaşını itirən bir qızımız var. Rəhimlə qovuşacağıq. Allah nəsib edərsə, ilk mən oğlumla qovuşaram”.

 

Qeyd edək ki, İ.Borçalının oğlu Rəhim Gürcüstanda avtomobil qəzasında dünyasını dəyişib.

Tacxeber.com

Oxşar xəbərlər