• 25 Noyabr 2024 06:10

“Qazprom”un xalis zərəri artdı

Rusiyanın “Qazprom” şirkətlər qrupunun yerli mühasibat uçotu standartlarına (RAS) əsasən, 2024-cü ilin birinci yarısında xalis zərəri 480,641 milyard rubl təşkil edib.

 

Ötən ilin eyni dövründə zərər 255 milyard rubl təşkil etmişdi.

Bu, illik ifadədə “Qazprom”un zərərinin 2 dəfəyə yaxın artması deməkdir.

İlk yarımildə şirkətin gəliri 7 faiz artaraq 2,927 trilyon rubla çatıb. Eyni zamanda xərclər 15 faiz artıb. Nəticədə ümumi mənfəət 18 faiz azalaraq 572 milyard rubl təşkil edib.

 

Digər gəlir və xərclərin mənfi saldosu 80 faiz artaraq 620 milyard rubla çatıb ki, bu da xalis mənfəətin məbləğinə təsir edib.

“Qazprom” qrupun konsolidə edilmiş mənfəətindən dividendləri beynəlxalq standartlara (BMHS) uyğun olaraq hesablayır ki, bura qaz biznesindən əlavə neft, enerji və LNG bölmələri də daxildir. Dividend siyasəti qeyri-monetar maddələr üzrə dividend bazasına düzəlişləri nəzərdə tutur. (Musavat)

Tacxeber.com

Oxşar xəbərlər