Harrisdən ŞOK: “Tramp məndən qaçır, çünki…”
ABŞ-ın vitse-prezidenti Kamala Harris əsas rəqibi Donald Trampın seçkiqabağı debatlarda iştirakdan yayınmaq istədiyini bildirib.
Bu barədə o, Corciya ştatında keçirdiyi mitinqdə bəyan edib.
“Yarışda dinamika dəyişir. Donald Tramp da bunu hiss edir. Ola bilsin ki, siz buna diqqət yetirmisiniz. Keçən həftə o, sentyabrda keçirilməsi planlanan debatlardan imtina edib”, – deyə Harris bildirib.