Pezeşkian: Coğrafi sərhədlər otaylı bu taylı azərbaycanlıları ayırmayıb
Coğrafi sərhədlərin mövcudluğu heç vaxt İran və Azərbaycan xalqlarının bir-birindən ayrılmasına səbəb olmayıb və biz yeni dövrdə əlaqələri mümkün qədər möhkəmləndirmək və gücləndirmək əzmindəyik.
Tacxeber.com xəbər verir ki, bunu İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian Azərbaycanın Baş naziri Əli Əsədovla görüşündə deyib.
İran prezidenti iki ölkə və xalq arasında münasibətlərin dərin dini, mədəni, qohumluq, qardaşlıq əlaqələrinə əsaslandığını vurğulayıb.
Pezeşkian qonşularla qarşılıqlı əlaqələrin inkişafına xüsusi diqqət yetirməyi İranın xarici siyasətinin əsas prioritetlərindən biri hesab etdiyini və Rəisi dövründə iki ölkə arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində siyasətini davam etdirəcəyini bəyan edib.